Klubun patronu geri qaytardığı baş məşqçi ilə görüşdü, nə istədi?

11:40 Kəpəz 341
Klubun patronu geri qaytardığı baş məşqçi ilə görüşdü, nə istədi?

«Kəpəz»in İdarə Heyətinin sədri Adil Vəliyev yeni baş məşqçi Azər Bağırovla bir araya gəlib.

Görüş Bakıda gerçəkləşib. İyulda klubun başına gəlmiş iş adamı 4 aydan sonra geri qaytardığı mütəxəssislə komandanın mövcud durumuna dair müzakirə aparıb.

Biznesmen yaxın keçmişə qayıtmayıb, yəni, mayda onunla yolları ayırmalarının səbəblərinə toxunmayıb.

Sadəcə, Vəliyev «Kəpəz»in düşdüyü vəziyyətdən narahatlığını ifadə edib, gözləntilərini dilə gətirib. Bağırov isə öz növbəsində bildirib ki, kollektivi düşdüyü çətin durumdan çıxaracağına inanır, bunun üçün bir qədər səbrli olmaq kifayətdir.

Gəncə təmsilçisi Premyer Liqada yeni mövsümə bərbad start götürüb. İlk yeddi turun hamısında məğlubiyyətlə üzləşiblər.

Xal xanası boş olan «sarı-göylər» turnir cədvəlinin 12-ci pilləsində qərar tutub. Çempionatın xal üzünə həsrət yeganə iştirakçısı ondan üst sıradakı «Qəbələ»dən 4 xal geri qalır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti