Klub rəhbərliyi geri qaytardığı baş məşqçiyə 100 manat verdi

11:55 Kəpəz 720
Klub rəhbərliyi geri qaytardığı baş məşqçiyə 100 manat verdi

Azər Bağırovu dörd aylıq aradan sonra baş məşqçi postuna qaytaran «Kəpəz» rəhbərliyinin ona ödəyəcəyi əməkhaqqı bəlli olub.

Ötən mövsüm də burada çalışmış mütəxəssis həmin vaxtla müqayisədə xeyli artıq maaş alacaq.

Əgər o, ilk gəlişində 6000 manat məvaciblə kifayətlənmişdisə, indi bu rəqəm 9000 manat təşkil edir.

Həmçinin ona ev kirayəsi üçün 500 manat ayrılıb. Daha 100 manat isə benzin puludur.

Bağırov komandanı Premyer Liqada saxlayarsa, kontraktı avtomatik daha 1 il müddətinə uzadılacaq. Üstəlik, aldığı əməkhaqqıda növbəti dəfə artım ediləcək.

«Sarı-göylər» çempionatın geridə qalan 7 həftəsində xal üzünə həsrət qalıb. Çıxdığı bütün oyunları uduzan Nizami yurdunun təmsilçisi turnir cədvəlinin 12-ci sırasında məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti