
“Kəpəz” yeni oyunçu ilə anlaşıb. Keçmiş müdafiəçisi Rauf Hüseynlini geri qaytarmış Gəncə təmsilçisi bu dəfə Şahmar Aşurovla dil tapıb.
“Zirə”nin hücumçusu karyerasını qərb bölgəsində davam etdirəcək. Ağstafada dünyaya gəlmiş 21 yaşlı forvard Azər Bağırova lazım olub.
Üç ildir “qartallar”ın əsas komandasında yer alan və bu müddətdə əsasən əvəzedici heyətdə forma şansı qazanmış Şahmar mövsümün sonunadək “Kəpəz“in formasını geyinəcək.
Aşurov yayda “Mingəçevir“ə üz tutsa da, müqaviləni “Difai“ ilə bağlamışdı. Özü də icarə əsasında.
Amma Azər Bağırovun kiçik qardaşı Araz Bağırov oradan ayrılandan sonra o, “Zirə“yə dönmüşdü. Elə “Kəpəz“ə gəlişində də çalışdırıcının qardaşının fikri önəmli rol oynayıb.
“Sarı-göylər” Premyer Liqada keçirdikləri ilk 7 matçda xal qazana bilməyiblər. Azər Bağırov altıncı turdan sonra istefaya göndərilən Adil Şükürovu əvəzləyib.
SPORTİNFO.AZ