Premyer Liqa klubunda “yarpaq tökümü” gücləndi - Nə baş verir?

14:40 Kəpəz 762
Premyer Liqa klubunda “yarpaq tökümü” gücləndi - Nə baş verir?

«Kəpəz»də «yarpaq tökümü» davam edir.

Klubun 4 əməkdaşı iş yerindən ayrılıb.

Yaxın günlərdə daha bir neçə nəfərin «sarı-göylər»lə vidalaşması gözlənilir.

Gəncə təmsilçisində maliyyə sıxıntısı mövcuddur - problemlərin başında bu gəlir. Fərman Əlizadə bütün bu çətinliklərlə başbaşa qalıb.

«Kəpəz»in yükü hazırda faktiki olaraq yalnız onun çiyinləri üzərindədir. İdarə Heyətinin üzvü bütün bu ağırlığı təkbaşına daşıyır.

Ətrafda başqa kimsə yoxdur. Dünənədək kimlər var idisə, onların hamısı artıq «Kəpəz»i tərk edib.

Bəziləri rəsmi, bəziləri də qeyri-rəsmi şəkildə geri çəkilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti