Premyer Liqa təmsilçisinin yeni baş məşqçisi bu futbolçunu geri qaytardı

7 Oktyabr 2025 22:20 Kəpəz 2 346
Premyer Liqa təmsilçisinin yeni baş məşqçisi bu futbolçunu geri qaytardı

«Kəpəz» bu gün düşərgəsinə yeni oyunçu qatıb.

Azər Bağırov ötən mövsüm onun sərəncamında olmuş Rauf Hüseynlini geri qaytarıb.

Müdafiəçi ilə müqavilə şərtləri razılaşdırılıb - o, mövsümün sonunadək «sarı-göylər»in formasını geyinəcək.

Hüseynli ötən sezon 27 çempionat matçında meydana çıxaraq, 2 qol vurub və 2 assist edib.

Sabiq «Qarabağ»lı yayda maliyyə məsələlərinə görə Gəncə təmsilçisindən ayrılmalı olub. Onun maaş istəkləri ilə rəhbərliyin şərtləri üst-üstə düşməyib.

Raufun geri qayıtması sırf Bağırovla əlaqədardır. Dörd aydan sonra sükan arxasına qayıdan baş məşqçi onu geri dönməyə razı sala bilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti