Əvvəlki klubuna qayıdan baş məşqçi: “Nə bacarırıqsa, onu da edəcəyik”

19:30 Kəpəz 189
Əvvəlki klubuna qayıdan baş məşqçi: “Nə bacarırıqsa, onu da edəcəyik”

"Kəpəz" Premyer Liqanın 7-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçiriləcək mətbuat konfransında sualları cavablandırıb:

- "Qarabağ"la qarşılaşmağımıza baxmayaraq uğursuz seriyaya son vermək istəyirdik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Səhvləri minimuma endirmək üçün çalışmaq lazımdır. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram.

- Çox çətin durumda olan komandaya gəldiniz. Bu vəziyyətdən çıxacağınıza inanırsınız?

- İnanıram. Azarkeşlərimiz, futbolçular, hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşasın. Nə bacarırıqsa, onu da edəcəyik. Əvvəlki oyunlara nisbətən bu gün daha çox emosiya və istək var idi. Bunu artırıb istəyimizə çatmaq istəyirik.

- Komandanın oyununda irəliləyiş hiss olunur. Üç gün ərzində nəyi dəyişə bildiniz?

- Məğlubiyyətlər futbolçularda psixoloji durumu aşağı salmışdı. Oyunçuların hər biri ilə ayrı-ayrılıqda danışmışıq, motivasiya vermişik. Bəlkə də bunun nəticəsidir.

- Qarşıda milli fasilə gəlir. Bu, sizin üçün yaxşı fürsət ola bilər?

- Əslində yoxlama oyunu keçirmək planımız var idi. Komandanın bütün oyunlarına baxmışıq. Həm fiziki durumla, həm də taktiki cəhətdən çox işimiz var. Yoxlama oyunu keçirməklə bağlı yaxın günlərdə qərar verəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 23:00 U-21 kimə tapşırılacaq?