
“Adil Şükürov getdi, problemlər isə qalır”.
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz“ verlişində “Kəpəz“də gerçəkləşən baş məşqçi ayrılığından danışıb.
Tanınmış teleşərhçi bildirib ki, “sarı-göylər“in Premyer Liqada üzləşdiyi acınacaqlı durumun səbəbləri dərindir.
Qeyd edib ki, hər şeyi bir nəfərin üstünə atmaq düzgün deyil:
“Həmişə deyilirdi ki, “Kəpəz“ə sponsor gəlsə, hər şey daha yaxşı olacaq. Sponsor gəldi, amma vəziyyət çox bərbad oldu.
Komandanı yeni mövsümə hazırlaaq üçün iki ay vaxtları var idi. Bunu araşdırmaq lazımdır ki, komanda niyə indi belə zəifdir.
“Kəpəz“i bu vəziyyətdən çıxaracaq iki-üç məşqçi var ağlımda. Ancaq onların bura gəlib-gəlməyəcəyini bilmirəm. Çox çətin görünür mənə“.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN