Azərbaycan klubu baş məşqçi postuna SÜRPRİZ NAMİZƏD tapdı, danışıqlar başladı - SON DƏQİQƏ

17:45 Kəpəz 1 036
Azərbaycan klubu baş məşqçi postuna SÜRPRİZ NAMİZƏD tapdı, danışıqlar başladı - SON DƏQİQƏ

Premyer Liqada mövsümə çox uğursuz başlayan "Kəpəz"də baş məşqçi axtarışları davam edir.

Adil Şükürovla yollarını ayıran gəncəlilər bu posta yeni namizədi Türkiyədən tapıb.

"Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərovun özəl xəbərinə görə, qərb təmsilçisi Özhan Pulata təklif göndərib.

İki mövsüm öncə "Hatayspor"u Super Liqada saxlamağı bacaran mütəxəssis oynatdığı futbolla böyük təqdir toplayıb. Artıq tərəflər arasında danışıqlar başlayıb.

40 yaşlı mütəxəssis indiyədək "Adanaspor" və "Hatayspor"u çalışdırıb.

Daha əvvəl isə "Ankaragücü", "Bursaspor", "Qaziantep" və "F.Karagümrük" kimi komandalarda baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti