“Neftçi”ni çempion etmiş baş məşqçiyə müqavilə təklif etdilər - SON DƏQİQƏ

25 Sentyabr 2025 14:00 Kəpəz 5 780
“Neftçi”ni çempion etmiş baş məşqçiyə müqavilə təklif etdilər - SON DƏQİQƏ

Millinin sabiq məşqçisi Arif Əsədov «Kəpəz»in sükanı arxasına keçə bilər.

Adil Şükürovla vidalaşan klub rəhbərliyi onu burada görür.

Gəncə təmsilçisindən əldə etdiyimiz məlumata görə, Əsədovla danışıqlar başlayıb.

Vaxtilə «Neftçi»ni çempion etmiş mütəxəssisə mövsümün sonunadək qüvvədə qalacaq müqavilə təklif edib. İşdir, o, «sarı-göylər»i Premyer Liqada saxlasa, kontrakt 2 il müddətinə uzadılacaq.

«Kəpəz» mövsümün ilk 5 həftəsinin ən uğursuz nəticəsinə imza atıb. Keçirdikləri 5 oyunun hamısında uduzublar.

Adil Şükürov bu səbəbdən vəzifəsini itirib. Yayda 2+1 illik müqaviləyə imza atmış baş məşqçinin kontraktına qarşılıqlı razılıq əsasında xitam verilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti