Braziliyalı yeni transfer Azərbaycanda - SON DƏQİQƏ

13 Avqust 2025 13:00 Kəpəz 7 872
Braziliyalı yeni transfer Azərbaycanda - SON DƏQİQƏ

Yeni mövsümə hazırlaşan "Kəpəz" heyətini daha bir əcnəbi ilə gücləndirib.

Söhbət Jefferson Makiel Bentodan gedir.

22 yaşlı futbolçu mərkəz müdafiəçisidir.

Braziliyalı son olaraq Portuqaliyanın "Portimonense" klubunda çıxış edib.

Cənubi amerikalının vətənində "Botafoqo"da da forma geyindiyini bildirək.

Jefferson artıq Gəncədədir.

Ən qısa müddətdə onun keçidi ictimaiyyətə açıqlanacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti