
Son günlər transfer bazarında fəallığı yenidən artıran «Kəpəz» düşərgəsinə daha bir oyunçu qatıb.
Raul Məmmədov növbəti mövsümə Gəncə təmsilçisində başlayıb.
«Turan Tovuz» müqavilə ilə ona məxsus olan müdafiəçini «sarı-göylər»ə birillik icarəyə verib.
Ötən sezonun ikinci dövarəsini icarə əsasında «Mingəçevir»də keçirmiş 20 yaşlı gəncin «Şamaxı»ya üz tutması gözlənilirdi. Tərəflər arasında bununla bağlı razılıq əldə olunmuşdu.
Sadəcə, «Kəpəz» son anda bu anlaşmanın yönünü dəyişə bildi. Gənclər yığmasına dəvət almış səbəbkara daha çox əməkhaqqı təklif etməklə. Raul burada 2200 manat məvacib alacaq.
SPORTİNFO.AZ