Premyer Liqa təmsilçisi 130 min dollar vermədi, məcbur olub bu ölkəyə getdi

11 Avqust 19:40 Kəpəz 1 601
Premyer Liqa təmsilçisi 130 min dollar vermədi, məcbur olub bu ölkəyə getdi

“Kəpəz”də qalmaq istəməyən Rojerio Santosun yeni iş yeri müəyyənləşib.

Portuqaliyalı qapıçı karyerasını İsraildə davam etdirəcək.

Portuqaliyanın U-20 millisinin sabiq üzvü ötən mövsümü İsrailin yüksək liqasında 10-cu pillədə başa vurmuş “İroni Tiberias”la anlaşıb.

Tərəflər 1 illik müqaviləyə qol çəkib.

Rojerio ötən mövsüm Azərbaycan Premyer Liqasında diqqətləri üzərinə çəkən qapıçılardan idi.

Yeni baş məşqçi Adil Şükürov onu “Kəpəz”də saxlamaq istəyirdi. Lakin klub Santosun illik 130 min dollarlıq tələbini qarşılaya bilmədiyi üçün yeni sözləşmə imzalanmadı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu