Avstraliyadan bura - Braziliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalandı

00:08 Kəpəz 175
Avstraliyadan bura - Braziliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalandı

"Kəpəz" növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncəlilər Vitor Feijaonu heyətinə cəlb edib. Braziliyalı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Onun son klubu Avstraliyanın "Sentral Kost Mariners"i olub.

"Kəpəz" bunadək Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"), Olavale Onanuqanı (son klubu "Bnei Yehuda", İsrail) transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 17:30 Çək və bizə göndər!
7 Avqust 04:50 Bunlar da belə deyir...