Premyer Liqanın iştirakçısı rəhbərini dəyişdi, nazirliyə müraciət etdi

7 Avqust 16:00 Kəpəz 1 480
Premyer Liqanın iştirakçısı rəhbərini dəyişdi, nazirliyə müraciət etdi

«Kəpəz» yenidən Ədliyyə Nazirliyinə müraciət edib.

Gəncə klubu rəhbərlikdə baş verən dəyişikliklə bağıl dövlət qurumunu məlumatlandırıb və prosesin qeydiyyata alınmasını istəyib.

Məsələ ondadır ki, bu ilin mayında İdarə Heyətinin sədri seçilən Namiq Qədirov iyulun əvvəlində vəzifəsindən gedib. Onu bu postda Adil Vəliyev əvəzləyib.

SOCAR-ın sabiq məsul şəxsi bir müddət əvvəl sədr səlahiyyətlərinin icrasına başlasa da, «sarı-göylər» hələ təyinatla bağlı rəsmi açıqlama yaymayıb.

«Kəpəz» 3 aydan artıqdır ki, statusunu dəyişib. Klub indi İctimai Birlik olaraq fəaliyyət göstərir.

Qanuna əsasən, İctimai Birliklər yalnız Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu