Müharibədən qaçan hücumçu burada nə qədər pul əldə edəcək?

09:40 Kəpəz 459
Müharibədən qaçan hücumçu burada nə qədər pul əldə edəcək?

Transfer çalışmalarını davam etdirən "Kəpəz" Olavale Onanuqanı geri qaytaracağını həftələr öncə xəbər vermişdik.

Nəhayət, dünən bu dönüş gerçəkləşdi.

27 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlandı.

Amma bu anlaşmanın maliyyə tərəfi rəsmi səviyyədə açıqlanmadı. Qoy, açıqlayaq…

Məlumunuz olsun ki, Gəncə təmsilçisi nigeriyalı legionerə 5000 dollar maaş ödəyəcək.

Afrikalı bundan öncə 2023/2024-cü illər mövsümündə "sarı-göylər"in heyətində çıxış edib.

Onanuqa 27 oyuna 2 qol vurub. "Kəpəz"dən sonra Olavale "Əl-Nəsr" (Küveyt) və "Bney Yehuda"da (İsrail) oynayıb.

O, yalnız pul üçün təkrar Azərbaycanın yolunu tmayıb. İsrailin İran və Fələstinlə yaşadığı müharibə şəraiti Onanuqanın qərarına birbaşa təsir göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”