Bir ildən sonra Azərbaycana döndü, 1 illik müqavilə imzaladı

6 Avqust 00:10 Kəpəz 1 515
Bir ildən sonra Azərbaycana döndü, 1 illik müqavilə imzaladı

"Kəpəz" sabiq futbolçusu Olavale Onanuqanı yenidən qaytarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı yarımmüdafiəçi 2023/2024 mövsümündə də "sarı-göylər"in formasını geyinib.

O, "Kəpəz"də meydana çıxdığı 27 oyunda 2 qol müəllifi olub. Futbolçu Gəncə təmsilçisindən ayrıldıqdan sonra "Əl-Nəsr" (Küveyt) və "Bney Yehuda" (İsrail) klublarında çıxış edib.

"Kəpəz" daha öncə Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), Fərid Nəbiyevi (son klubu "Səbail") transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu