
“Kəpəz” iyunun əvvəlində yollarını ayırdığı Dieqo Verdaşkanı geri qaytarıb.
Gəncəlilərin köhnə-yeni baş məşqçisi Adil Şükürov mərkəz müdafiəçisi mövqeyinə daha yaxşı alternativ tapmadığından, portuqaliyalının dönüşünə ”yaşıl işıq” yandırıb.
Bu üzdən, ”sarı-göylər” 28 yaşlı legionerin istədiyi maliyyə şərtlərini qəbul edib.
Ötən ilin sentyabrında komandaya qoşulan Verdaşka 30 mümkün oyunun 27-də meydanda olub.
Vaxtilə ”Portu”nın formasını geyinmiş Verdaşka həmin müddətdə 6500 dollar əməkhaqqı alıb.
SPORTİNFO.AZ