2000 dollara görə sözündən döndü, transferi düyünə düşdü

31 İyul 17:20 Kəpəz 1 084
2000 dollara görə sözündən döndü, transferi düyünə düşdü

Bu ilin yayında «Şamaxı»dan ayrılan Leroy Mikelsin «Kəpəz»ə keçidi düyünə düşüb.

Nigeriyalı hücumçunun hələ də müqaviləyə imza atmamasının bir səbəbi var - maliyyə.

«Sabah»ın formasını geyinən Coy-Lens Mikelsin qardaşı maddi tələblərini yüksəldib. Ötən mövsüm Premyer Liqada 5 qol vurmuş afrikalı Gəncə təmsilçisindən indi 10 min dollar maaş tələb edir.

Halbuki son günlərə kimi 8000 dollar əməkhaqqıya razı idi. Maraq üçün deyək ki, «şirlər» adıçəkilən forvarda 5000 dollar məvacib verib.

Mikelsin bu gün belə «nəm-nüm» eləməsi isə hələ də başqa ölkələrdən gözləntisinin olmasıyla bağlıdır.

Menecerlərlə gündəlik təmas quran əcnəbiyə müxtəlif vədlər verilib, odur ki, «Kəpəz»lə münasibətlərini rəsmiləşdirməyə tələsmir.

SPORTİNFO.AZ

Azərbaycan klublarının maraqlandığı hücumçunun susmasının SƏBƏBİ VAR

Digər Xəbərlər
Xəbər Lenti