Son anda fikrini dəyişdi, karyerasını və Premyer Liqanı puldan üstün tutdu

30 İyul 14:00 Kəpəz 2 744
Son anda fikrini dəyişdi, karyerasını və Premyer Liqanı puldan üstün tutdu

Fərid Nəbiyevin “Sumqayıt”a keçidi baş tutmayıb.

“Səbail”dən ayrılan yarımmüdafiəçi maliyyə məsələlərinə görə fərqli seçim edib.

Fərid sumqayıtlılarla ilkin razılıq əldə etmiş və aylıq 5 min manata 1 illik müqaviləni razılaşdırmışdı. Lakin imza ərəfəsində ortaya çıxan yeni variant vəziyyəti dəyişib.

Vaxtilə Çexiyada “Slaviya“nın formasını geyinmiş “Qəbələ“nin yetirməsi təkrar Premyer Liqaya, özü də tanı şməkana üz tutub. O, bu gün “Kəpəz“lə sövdələşib.

Halbuki I Liqaya yüksələn “Şəfa”nın Nəbiyevin fikrini dəyişdirdiyi söylənilirdi. Qeyd olunurdu ki, Premyer Liqaya yüksəlməyi hədəfləyən sözügedən klub 8 min manat maaş təklif etməklə yarımmüdafiəçini düşərgəsinə qatıb.

Di gəl, Fərid karyerasını və elitanı puldan üstün tutub və 2 il əvvəl ayrıldığı Gəncənin yolunu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu