Premyer Liqamızda 2 qol vuran hücumçu razılıq verdi - AYRILMAĞA

00:30 Kəpəz 1 530
Premyer Liqamızda 2 qol vuran hücumçu razılıq verdi - AYRILMAĞA

"Kəpəz" Şervoni Mabatşoevlə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Tacikistanlı ötən mövsümün qış fasiləsində "Kəpəz"ə keçmişdi. O, 15 Premyer Liqa oyununda 2 qol vurub.

Klubum xidmətlərinə görə Mabatşoevə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

"Kəpəz" bunadək Azər Bağırov (baş məşqçi), Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynov və Nemət Musayevlə də vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?