Azərbaycanlı futbolçu ölkə xaricindən gələn təklifi qəbul etdi

26 İyul 2025 11:00 Kəpəz 1 878
Azərbaycanlı futbolçu ölkə xaricindən gələn təklifi qəbul etdi

Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.

Bugünlərdə «Kəpəz»dən ayrılan Elmir Tağıyev karyerasını ölkə xaricində davam etdirəcək.

Mingəçevirdən olan yarımmüdafiəçi Gürcüstandan gələn təklifi qəbul edib.

2000-ci il təvəllüdlü orta sahə oyunçusu yüksək liqada mübarizə aparan klublardan biriylə 1 illik müqavilə imzalayacaq.

O, bu səbəbdən Premyer Liqanın bəzi təmsilçilərindən aldığı dəvətləri geri çevirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!