
“Kəpəz”də maliyyə yoxlamaları başlayıb.
Əldə etdiyimiz məlumata görə, yeni rəhbərlik klub daxilində ciddi araşdırmaya start verib.
Bu, son 1 ili əhatə edən yoxlamadır. Həm maliyyə, həm də digər sahələri içinə alan təftişin hələ 10-15 gün çəkməsi gözlənilir.
Çünki yönətimə bu istiqamətlər üzər bəzi informasiyalar daxil olub və onların dəqiqləşdirilməsi üçün indi yoxlama aparmağı lazım biliblər.
«Kəpəz»in bu gün sostal şəbəkə hesablarından rəsmi bəyanat yayması nəzərdə tutulur. Ehtimal ki, bəyanatda istər klubda baş verən son hadisələrə işıq tutulacaq.
Namiq Qədirovun İdarə Heyətinin sədri postundan getməsi, Adil Vəliyevin onun yerinə təyinatı kimi bir çox prosesə aydınlıq gətirilməsi gözləniləndir.
Həmçinin indən belə aparılacaq islahatlar, vəzifə bölgüsü, yerdəyişmələr və gündəmdə olan istefalar haqda da sənəddə nələrsə qeyd olunacaq.
SPORTİNFO.AZ