Axtardığı qapıçını “Motor”da tapdı - Birillik kontrakt

25 İyul 00:50 Kəpəz 1 228
Axtardığı qapıçını “Motor”da tapdı - Birillik kontrakt

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir legioneri heyətinə cəlb edib.

Sportinfo.az xəbər verir ki, polşalı qolkiper Kaçper Rosa Gəncə təmsilçisinə keçib.

30 yaşlı qapıçı ilə 1illik müqavilə imzalanıb.

Kaçper Rosanın son klubu vətənində yüksək liqa təmsilçisi "Motor" olub. Rosa 2024/2025-ci illər mövsümündə 17 çempionat matçında komandasının qapısını qoruyub.

"Kəpəz" daha öncə Adil Şükürov (baş məşqçi), Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiaurini (son klubu "Dinamo", Gürcüstan) transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!