
«Kəpəz»də ab-hava getdikcə pisləşməkdədir.
Rəhbərlik arasında yaranan ixtilaf artıq komandanı da bir-birinə vurub.
Gərgin atmosfer səbəbindən futbolçular bir-bir düşərgəni tərk etməkdədir. Elmir Tağıyevin ardınca, İlkin Qırtmıov da buradan ayrılıb.
Zaqatalalı müdafiəçi baş məşqçi Adil Şükürovla görüşərək, yeni müqavilə imzamayacağı ilə bağlı onu məlumatlandırıb.
Bildirib ki, ümumi vəziyyət xoşuna gəlmir və getməyi üstün tutur.
Şükürov Qırtımovu fikrindən daşındırmağa çalışsa da, cəhdləri heç bir nəticə verməyib.
«Sarı-göylər» daha öncə Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov və Rauf Hüseynovla vidalaşıb.
SPORTİNFO.AZ