
Yeni mövsümə hazırlaşan "Kəpəz" ilk sınaq matçına çıxıb.
"Qəbələ" ilə qarşılaşan Qərb təmsilçisi meydandan məğlub ayrılıb - 0:2.
Görüşdən sonra gəncəli azarkeşlərlə baş məşqçi Adil Şükürov arasında gərginlik yaşanıb.
Fanatlar komandanın hazırlığından, yeni transferlərdən narazılıq ediblər.
Şükürov isə hələ toplanışa yeni başladıqlarını, mövsümün startına kimi zaman olduğunu bildirib.
Tərəfdarlar bir qədər də qabağa gedərək, artıq indidən onun qarşısına şərt qoyublar.
Ki, ilk 3-4 turda nəticələr ürəkaçan olmasa, onun istefaya göndərilməsi qaçılmaz olacaq.
Ötən mövsümün əvvəlində olduğu kimi.
SPORTİNFO.AZ