Azərbaycan klubu “Dinamo”dan transfer etdi - RƏSMİ

23 İyul 2025 00:40 Kəpəz 1 613
Azərbaycan klubu “Dinamo”dan transfer etdi - RƏSMİ

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə güclənib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" (Tbilisi) olub.

"Kəpəz" daha öncə Adil Şükürov (baş məşqçi), Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofananı (son klubu “Adanaspor”, Türkiyə) transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti