Qardaşı yenə Azərbaycana qayıtdı, başqa klubla müqavilə bağladı - SON DƏQİQƏ

22 İyul 2025 14:40 Kəpəz 5 002
Qardaşı yenə Azərbaycana qayıtdı, başqa klubla müqavilə bağladı - SON DƏQİQƏ

«Kəpəz» hücum xəttinə «əl gəzdirib».

Gəncə təmsilçisi bu mövqedəki boşluğu tanış simayla gücləndirib.

«Sarı-göylər» Leroy Mikelsi sıralarına qatıb. Almaniyalı forvardla 1 illik müqavilə imzalanıb.

«Sabah»ın formasını geyinən Coy-Lens Mikelsin qardaşı ötən mövsüm «Şamaxı»nın heyətində çıxış edib. Qoluna kapitan sarğısı keçirilən əcnəbi Premyer Liqala 24 oyuna 5 qol vurub, 4 qol ötürməsi edib.

«Kəpəz» bu yay hələlik 3 nəfərlə kontrakt bağlayıb.

Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya) və Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə) Nizami yurdunun təmsilçisinə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti