"Ev-eşik"dən uzaq düşən klubdan YENİ XƏBƏR

20 İyul 2025 09:50 Kəpəz 1 237
"Ev-eşik"dən uzaq düşən klubdan YENİ XƏBƏR

«Karvan» sentyabrın ilk yarısınadək Şamaxı stadionunda oynayacaq.

Yevlax təmsilçisi ondan sonra doğma şəhərə dönəcək.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev məlumat verib.

Onun bildirdiyinə görə, ötən aydan başlayaraq arenada start verilən yenidənqurma işləri hazırda tam sürətlə davam edir.

Press-ateşe süni qazonun salınması prosesinin tamamlanması üçün 2 aya yaxın vaxtın lazım olduğunu qeyd edib.

Belə ki, podratçı şirkət meydançanın alt qatının bərkidilməsi mərhələsini başa çatdırmaq üzrədir. Avqustda isə qazonun quraşdırılması həyata keçiriləcək.

«Karvan» 16 ildən sonra Premyer Liqada yarışacaq. I Liqada üçüncü yeri tutan «sarvanlar» çempionatın ilk turunda «Qəbələ» ilə «Şamaxı»da üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti