
"Kəpəz"də qalmaqal səngimir.
Bu dəfə Əvəzedici komandanın üzvü Heydər Hüseynlinin atası ilə baş məşqçi Xaliq Mərdanov arasında insident yaşanıb.
Bu barədə redaksiyamıza müraciət edən Xətai Hüseynovun özü məlumat verib.
Onun şikayətini yazdığı kimi sizə təqdim edirik:
"Mən Azərbaycan futbolunun və "Kəpəz"in azarkeşiyəm. Daima Azərbaycan futbolunda və "Kəpəz"də olan neqativ halları ədalətli şəkildə işıqlandırıram.
Bu da "Kəpəz"in keçmiş rəhbərliyinin və əvəzedici komandasının baş məşqçisi Xaliq Mərdanovun xoşuna gəlməyib.
Əvəzini uşağımı sıxışdırmaqla çıxırlar. Oyunlara buraxılmır, yersiz iradlarla psixoloji durumuna mənfi təsir ediblər.
İndi də xəbər göndəriblər ki, getsin özünə klub tapsın. Oğlum Gəncədə ali təhsil alır, 11 ildir "Kəpəz"də oynayır.
Karyerasının belə həssas dönəmində hara getməlidir? Məsələ ədalətli şəkildə həllini tapmasa, ölkə rəhbərliyinə müraciət etməyi düşünürəm. Ümid edirəm ki, qısa zamanda bir tədbir görülər".
XANOĞLAN / SPORTİNFO.AZ