
“Kəpəz”dən ayrılan Rauf Hüseynli karyerasını I Liqada davam etdirə bilər.
25 yaşlı müdafiəçi ilə II Liqanın çempionu ola bilməyən, lakin üst liqaya yüksələn “Şəfa” maraqlanır.
Paytaxt təmsilçisi Hüseynliyə aylıq 5 min manat maaşla təklif irəli sürüb.
Rauf tələsmək istəmir. Karyerasını Premyer Liqada davam etdirmək istədiyi üçün gözləmə mövqeyyi tutur.
Elita təmsilçilərindən maraq göstərən olsa, karyerasını Premyer Liqada davam etdirəcək. Əks halda, I Liqanın yolunu tutacaq.
Maraq üçün bildirək ki, səbəbkar əməkhaqqısının artırılmadığına görə “Kəpəz”in yeni müqavilə imzalamaq təklifindən boyun qaçıraraq oradan ayrılıb.
HƏBİB / SPORTİNFO.AZ