“Kəpəz”dən ayrılıb, çempionluğa iddialı kluba keçdi

15 İyul 2025 22:40 Kəpəz 2 792
“Kəpəz”dən ayrılıb, çempionluğa iddialı kluba keçdi

“Kəpəz”dən ayrılan daha bir futbolçunun yeni iş yeri müəyyənləşib.

Premyer Liqadakı çıxışları ilə tanıdığımız Nicat Süleymanov bundan sonra I Liqada top qovacaq.

26 yaşlı orta sahə oyunçusu qarşısına liqanın qalibi olaraq elitaya qayıtmağı hədəf qoyan “Səbail”lə anlaşıb.

Tərəflər 1 illik sözləşmə ilə razılıq əldə edib.

U-21 millimizin sabiq üzvü Premyer Liqada “Zirə”, “Araz-Naxçıvan” və “Kəpəz”in uğurları üçün tər töküb.

“Səbail” Nicata qədər Rəhman Hacıyev, Vüsal Şabahnov, Səbayıl Bağırov, Emil Qasımov, Asim Əlizadə, Bahadur Həziyevi rənglərinə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti