
“Kəpəz”in heyətinə yeni legioner qatıb.
Gəncə klubu Otar Aptsiauri ilə müqavilə imzalayıb.
Ötən mövsümü “Dinamo”da (Tbilisi) keçirən yarımmüfadiəçi qarşıdakı 1 ildə sarı-göy formanı geyinəcək.
Gürcüstanlının çıxışı onları qane edərsə, sözləşmə daha 1 il uzadılacaq.
24 yaşlı Otar “Dinamo”nun heyətində 14 oyun keçirib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Qərb klubu bununla 4-cü transferini reallaşdırıb. Daha öncə Şakir Seyidov ("Sabah"), Pedro Qomes ("Boavişta", Portuqaliya) və Adama Fofana (“Adanaspor”, Türkiyə) ilə münasibətlər rəsmiləşib.
SPORTİNFO.AZ