
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Kəpəz"in məşqində gərgin anlar yaşanmışdı.
Səbəb isə uzun fasilədən sonra bir araya gələn futbolçuları izləmək üçün məşqə təşrif buyuran azarkeşlərin meydançaya buraxılmaması olub.
Məhəccərlərin arxasında qalan fanatlar buna kəskin etiraz etmişdilər.
"Sportinfo TV"nin məsələni işıqlandırmasından sonra problem öz həllini tapıb.
Rəhbərlik qərarı dəyişib, artıq fanatlar sevimli komandalarının məşqlərini yaxından izləyə bilirlər.
Bununla da tərəflər arasında böyüyən skandal nisbət sakitləşimiş olub.
XANOĞLAN