
«Kəpəz»də gözlənilməz hadisələr bir-birini əvəzləməkdədir.
Az öncə Gəncə klubunda növbəti belə hadisə yaşanmaqdadır.
Mayda Müşahidə Şurasının sədri seçilən Namiq Qədirov vəzifəsindən uzaqlaşdırılıb. İsveçrədə yaşayan iş adamı sponsorların ümumi qərarı ilə görəvdən alınıb.
Hələ bu barədə rəsmi açıqlama yoxdur. Amma olacaq, özü də tezliklə.
N.Qədirov son günlər «Kəpəz»i bir-birinə vurub. Funksionerlə keçirdiyi toplantı, əsas komanda və akademiya ilə əlaqəli mövqeyi, əməkdaşların maaşlarını artırmaq əvəzinə onlara büdcənin azaldılacağıyla bağlı ötürdüyü mesaj daxildə ciddi çaxnaşma yaradıb.
Şura sədrinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimov artıq vəzifəsini tərk edib. Vəziyyət 180 dərəcə dəyişməsəydi, yəqin ki, o, belə qısa zamanda iş yerindən ayrılmazdı.
SPORTİNFO.AZ