11 nəfər getmişdi, indi də 1-I getdi - “YARPAQ TÖKÜMÜ”

10 İyul 2025 00:50 Kəpəz 708
11 nəfər getmişdi, indi də 1-I getdi - “YARPAQ TÖKÜMÜ”

"Kəpəz" Rauf Hüseynovla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə təmsilçisi 25 yaşlı müdafiəçi ilə başa çatan müqaviləni yeniləməyib.

R.Hüseynli ötən mövsüm 27 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.

Klub xidmətlərinə görə Rauf Hüseynliyə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

"Kəpəz" bunadək Azər Bağırov (baş məşqçi), Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərovla vidalaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti