Ev oyunlarını hansı stadionda keçirəcəklər? - İlk arzu baş tutmadı

9 İyul 19:40 Kəpəz 605
Ev oyunlarını hansı stadionda keçirəcəklər? - İlk arzu baş tutmadı

Tovuz şəhər stadionu yaxın zamanda təmirə bağlanacaq.

Klub rəhbərliyi süni örtüyün təbii qazonla dəyişdirilməsini məqsədəuyğun sayıb ki, meydanın ən yaxşı halda oktyabr ayında hazır olacağı gözlənilir.

Bu, o deməkdir ki, tək “Turan Tovuz” yox, eyni zamanda “Kəpəz” də rəqiblərini başqa stadionda qəbul etmək məcburiyyətində qalacaq.

Artıq axtarışlara start verilib.

Gəncə təmsilçisinin bu yöndə atdığı ilk addım uğursuz olub. “Sarı-qaralar” ev oyunlarını Gəncəyə yaxın Yevlaxda keçirmək istəyib. Lakin buradan alınan cavab ürəkaçan olmayıb.

İkinci variant kimi Qıəbələ, üçüncü mümkün məkan kimi Şamaxı var.

Təbii ot örtüyünü nəzərə alsaq, Qəbələdə oynamaq daha əlverişlidir. Ancaq bunun üçün “Qəbələ” rəhbərliyinin razılığı olmalıdır. Daha doğrusu, maddi şərtlərdə razılıq əldə etmək mütləqdir.

2-3 ev oyununu Qəbələ, yaxud Şamaxıda keçirib, sonra Yevlaxa qayıtmaq ehtimalı yüksəkdir.

Maraq üçün bildirək ki, “Kəpəz” Gəncədə yenidən inşa olunan stadionda ev oyunlarını ən yaxşı halda fevral-mart aylarında keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?