Yeni rəhbər TƏCİLİ İCLAS keçirdi, barmaq silkələdi: “Qulağıma bəzi söz-söhbətlər çatıb”

9 İyul 2025 11:40 Kəpəz 2 772
Yeni rəhbər TƏCİLİ İCLAS keçirdi, barmaq silkələdi: “Qulağıma bəzi söz-söhbətlər çatıb”

«Kəpəz»də fövqəladə toplantı keçirilib. Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, Müşahidə Şurasının sədri Namik Qədirov qəfil iclas təyin edib.

Ölkə xaricində yaşayan və bizneslə məşğul olan iş adamı klub funksionerlərini Gəncədə bir araya gətirib.

O, ötən ayyarımda görüşlər işlərlə bağlı hesabat istəyib, bu müddətdə aparılan islahatların qaneedici səviyyədə olmadığını bildirib.

Sədr «qulağıma bəzi söz-söhbətlər çatıb, onları araşdıracam» söyləyib, hamıya barmaq silkələyib.

Xatırladıb ki, burada bütün vacib qərarları özü verir və heç kim onun başının üstündən hərəkət edə bilməz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!