Premyer Liqa klubu yeni anlaşdığı legioneri geri qaytardı

8 İyul 20:00 Kəpəz 606
Premyer Liqa klubu yeni anlaşdığı legioneri geri qaytardı

"Kəpəz" yenicə anlaşdığı Vasilije Terziclə münasibətləri rəsmiləşdirə bilməyib.

Birillik müqavilə imzalamaq üçün Azərbaycana gələn monteneqrolu yarımmüdafiəçi kor-peşman geri qayıdıb.

Buna səbəb onun tibbi baxışdan keçə bilməməsidir. Müayinə zamanı balkanlı legionerin xroniki zədədən əziyyət çəkməsi aşkarlanıb.

Terzic kontrakt bağlasaydı, illik olaraq 40 min dollar qazanacaqdı.

26 yaşlı orta sahə oyunçusunun son klubu "Otrant- Olimpik" olub.

Başa çatan mövsümdə Monteneqro çempionatında 13 oyuna çıxmış Terzic karyerası ərzində vətənində "Buduçnost"un, Bosniya və Herseqovinada isə "Boras"ın formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?