
Heyətini əcnəbi futbolçularla gücləndirməyə davam edən “Kəpəz” daha bir transfer reallaşdırıb.
Gəncə təmsilçisi Adama Fofana ilə anlaşıb.
Burkina Faso millisinin oyunçusu qarşıdakı 1 ili ölkəmizdə keçirməyə razılaşıb.
Sol cinah müdafiəçisi bunun müqabilində Premyer Liqa təmsilçisindən hər ay 8000 dollar maaş alacaq.
25 yaşlı arxa xətt oyunçusu ötən mövsüm “Adanaspor”un formasını geyinib. Türkiyədə “Manisa“nın da şərəfini qorumuş afrikalı hazırda azad agent statusu daşıyır.
SPORTİNFO.AZ