Komanda çempionatı tərk etdi, Premyer Liqamıza yolu açıldı – TRANSFERİN TƏFƏRRÜATI

16:00 Kəpəz 629
Komanda çempionatı tərk etdi, Premyer Liqamıza yolu açıldı – TRANSFERİN TƏFƏRRÜATI

Portuqaliyalı futbolçu Pedro Qomesin “Kəpəz”ə transferi ölkəsində təəccüblə qarşılanıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisinin “Boavişta”dan “Kəpəz”ə transfer olunması Portuqaliyada sensasiya kimi qələmə verilib.

Çünki həmyerliləri onun Portuqaliyanın yüksək liqa klublarından birinə keçəcəyini güman edirdi.

Yerli mətbuat Qomesin Gəncə təmsilçisinə keçidini “Boavişta”nın elitanı tərk etməsi ilə əlaqələndirib:

“Pedro ötən mövsüm “Boavişta”nın heyətində 22 oyunda meydana çıxdı. Lakin fevralda yeni transferlərin gəlməsi ilə əsas heyətdə yerini itirdi.

Komanda aşağı liqaya yuvarlandıqdan sonra yayda azad agent statusu aldı.

Belə bir vəziyyətdə Azərbaycan komandası “Kəpəz” digər klubları qabaqlayaraq, onu heyətinə cəlb etdi. Beləliklə, Qomes cəmi 22 yaşında legioner həyatı yaşamağa imkan qazandı”.

Pedro Qomes “Kəpəz”lə 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti