
«Kəpəz» Nemət Musayevi icarəyə verib.
İstedadlı gənc müdafiəçi növbəti mövsümü I Liqada keçirəcək.
O, qarşıdakı 1 il ərzində «Difai»nin formasını geyinəcək.
2002-ci il təvəllüdlü solaxay Gəncə klubundan «fədailər»in düşərgəsinə yollanan ilk futbolçu deyil.
«Kəpəz» hələ ötən mövsüm Qarabağ qazilərinin təmsilçisinə jest edərək, Arzu Atakişiyev və Mehman Həsənovun keçidinə köməklik göstərib.
«Sarı-göylər» bu yay Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərovla vidalaşmasını da xatırladaq.
SPORTİNFO.AZ