
«Turan Tovuz»un Portuqaliyadan futbolçu transfer etmək planı suya düşüb.
İdman direktoru Səməd Nəsibovun bu məqsədlə sözügedən ölkəyə yollanmasından xəbərdarsız.
O, 3 oyunçu ilə bağlı təkliflərini masanın üzərinə qoyub, fəqət, yerli klublar irəli sürülən şərtlərlə razılaşmayıb.
Təzminatin məbləği məsələsində tərəflər arasında ciddi fikir ayrılığı yaranıb. Onların maddi tələblərə «Turan»a uyğun gəlmədiyindən, danışıqlar nəticəsiz qalıb.
Ötən mövsüm uğursuzluqla üzləşən, Premyer Liqa və ölkə kubokunda hədəflərindən uzaq düşən qərb təmsilçisi ötən günlərdə cəmi 1 transfer edib.
David Oliveyra Tavareş "Buzau"dan (Rumıniya) düşərgəyə cəlb olunub.
SPORTİNFO.AZ