.jpg)
"Kəpəz" yeni mövsümə yeni rəhbərliklə start verəcək.
İdarə heyətinin sədri postu uzun müddətdən sonra sonra İlqar Nadiridən Namiq Qədirova keçdi.
Bəli, rəhbər dəyişdi, büdcə artırıldı, hədəflər böyüdü.
Amma görünən odur ki, yanaşma yerində qalır.
Klubun transfer siyasətinə baxanda bunu sezməmək mümkün deyil.
Əvvəlki illərdə olduğu kimi, yenə uğurlu baş məşqçi istefaya göndərildi.
Ardınca isə özünü təsdiqləmiş futbolçulara qapı göstərildi.
Eynən əvvəlki mövsümlərdə olduğu kimi.
Bilmirsən kapitan Yeqor Xvalkonu deyəsən, mərkəz müdafiəçisi Dioqo Verdaskanı, yoxsa qapıçı Rojerio Santosu.
Qolkiperlə bağlı qərar ümumiyyətlə ağır oldu.
Gəncə klubu bu gün elitada qalmasına görə birbaşa ona borcludur.
İntizamı yerində, idman forması da göz qabağında.
Qalırdı haqqı olan maaşını artıraraq düşərgədə saxlamaq.
Hər yay da komandamı yığarlar?
Bir dəfə də bu klubun özəyi qorunub-saxlansın.
Əvəzində axsayan mövqelər gücləndirilsin.
Ki, belədə heç olmasa orta sırlar üçün rahat mübarizə aparmaq olardı.
Yenilənən heyət, yenə zaman tələbi, adaptasiya prosesi sonda liqada qalmaq uğurunda mübarizə aparmağa kimi aparıb çıxaracaq.
XANOĞLAN İMANOV