
"Kəpəz" dünən yay hazırlıq planınını icrasına başlayıb.
Gəncə təmsilçisi doğma şəhərdə yeni mövsümün çalışmalarına start verib.
Bu mərhələ 10 gün davam edəcək.
Artıq düşərgəyə gələn yeni isimlər var. Nigeriyadan birdən-birə 6 gənc baxışa gəlib.
Onlar 18-20 yaşındadır. Hamısı öz ölkələrində tanımış akademiyalarda yetişiblər.
Afrikadan təşrif buyuranlardan 3-ü yarımmüdafiəçi, 1-i müdafiəçi, 1-i dayaq yarımmüdafiəçisi,1-i də hücumçudur.
Nigeriyalılar iki həftədən artıq müddətdə Azərbaycanda qalacaq. Baş məşqçi Adil Şükürov yoxlama görüşlərindən sonra gənclər barədə yekun qərarını verəcək.
SPORTİNFO.AZ