.jpg)
"Kəpəz" daha üç futbolçusu ilə yollarıı ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubunmətbuat xidməti məlumat yayıb.
Müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov Gəncə təmsilçisini tərk ediblər.
Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 qol ötürməsi verib.
"Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb."Kəpəz"də carə əsasında çıxış etmiş Camal Cəfərov isə 31 matçda 2 qol vurub.
Klubum xidmətlərinə görə oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.
"Kəpəz" bunadək Azər Bağırov (baş məşqçi), Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda və Tural Rzayevlə də vidalaşıb.