Premyer Liqa komandası bu iki legioneri düşərgəsində saxladı

29 İyun 2025 18:10 Kəpəz 831
Premyer Liqa komandası bu iki legioneri düşərgəsində saxladı

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" iki futbolçu ilə müqaviləni yeniləyib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib.

Ampluaca yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Hələlik transfer etməyən "Kəpəz" Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda ilə yolları ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti