“O, belə deyirsə, daha sözüm yoxdur, narazılığını başa düşmürəm”

18:10 Kəpəz 437
“O, belə deyirsə, daha sözüm yoxdur, narazılığını başa düşmürəm”

“Adil Şükürov belə deyirsə, daha sözüm yoxdur.

Bir il əvvəl o, komandada olarkən, mən kapitan idim. Narazılığını başa düşmürəm”.

Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında “Kəpəz”dən ayrılan belaruslu legioner Yeqor Xvalko deyib.

28 yaşlı müdafiəçi, baş məşqçi təyin olunduqdan sonra Adil Şükürovun onun performansını bəyənməməsinin səbəbini anlamadığını bildirib:

“Ayrılığın səbəbini özüm də bilmirəm. Şəxsən mənə heç nə deyilmədi. Qərarı rəhbərlik verdi”.

Xvalko gözlənilməz gedişinə baxmayaraq, klubdan normal ayrıldığını deyib:

“Bu, məndə inciklik yaratmadı. Çünki yetkin bir insanam və hər şeyi anlayıram.

Həmişə demişəm ki, komandaya sponsor gəlsə, “Kəpəz” bir-iki ilə avrokuboklar uğrunda mübarizə aparacaq”.

Təcrübəli kapitan Azərbaycanda qalmaq istəyini də dilə gətirib:

“Həmişə Azərbaycanda oynamaqdan məmnun olaram. Hazırda heç bir klubdan təklif almamışam”.

Yeqor Xvalko 2022-ci ildə Belarusun "Arsenal" (Dzerjinsk) klubundan“Kəpəz”ə transfer olunub. 28 yaşlı oyunçu "Kəpəz"in heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti