
"Kəpəz" daha bir futbolçusu ilə yolları ayırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tural Rzayevlə başa çatan müqavilə yenilənməyib.
"Kəpəz"in yetirməsi olan Rzayev komandada 2015-2016-cı illər mövsümdə debüt edib.
O, "sarı-göylər"in heyətində 6 mövsüm keçirib. Bu müddətdə o, 122 oyuna çıxıb və 1 qol vurub.
"Kəpəz" bundan əvvəl Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə yolları ayırıb.