"Kəpəz" bir gündə 3 legionerlə yollarını ayırdı

28 İyun 2025 22:40 Kəpəz 739
"Kəpəz" bir gündə 3 legionerlə yollarını ayırdı

"Kəpəz" müqaviləsi başa çatan Trent Buhagiar, Rati Ardazişvili və Kərim Lkoça ilə anlaşmanı yeniləməyib.

Sportinfo.az xəbər verir ki, hər üç legioner komandanı tərk edib.

Yarımmüdafiəçi mövqeyində oynayan bu futbolçulardan gürcüstanlı olan Rati Ardazişvili cari mövsümdə 18 çempionat oyununda meydanda çıxıb.

Maltalı Buhagiar 12 matçda forma geyinib. Mərakeş əsilli ispaniyalı Lkoça isə 33 görüşdə 1 qolla yadda qalıb.

"Kəpəz" kapitanı Yeqor Xvalko ilə də yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti