
Mövsüm başa çatdıqdan sonra 12 futbolçu ilə yollarını ayırmış "Neftçi" daha bir neçə nəfərin gedişinə çalışır.
"Ağ-qaralar" Alfa Konteni də yola salmaq barədə düşünür. Hazırda syerre-leonalı vingerlə danışıqlar davam edir.
Klub onun qüvvədə olan müqaviləsinə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verməyi planlaşdırır.
25 yaşlı afrikalının “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
O, 2024-cü il yanvarın 16-da “Lokomotiv”dən (Plovdiv) “Neftçi”yə keçib. Konte “Sentral Parade” (Syerre-Leona), “Umm al-Fam”, “Rişon Le-Tzion”da (hər ikisi İsrail) çıxış edib.
“Kəpəz“ rəhbərliyi “Neftçi“dəki bu prosesi yaxından izləyir. Maraqları olduğu üçün.
Nə maraqdır bu belə? Alfa Konteni Adil Şükürovun sərəncamında görmək istəyirlər.
Ya elə, ya belə - başqa çıxış yolu qalmasa, afrikalını icarəyə götürməyə də tərəfdardırlar.
SPORTİNFO.AZ